Şənbə, 18 May

Bu ölkə Rusiyadan 70 min "Kalaşnikov" avtomatı alır

image

Hindistan Rusiya ilə 70 min ən yeni “Kalaşnikov” avtomatı almaq üçün müqavilə imzalayıb.

Bu barədə Hindistanın “The Print” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, müqavilə Hindistan Müdafiə Nazirliyi və Rusiya rəsmilərinin iştirakı ilə imzalanıb. Silahların tədarükünə bu ilin noyabr ayında başlanacağı bildirilib.

Bəzi mənbələrə görə, Hindistan əvvəlcə 20 min AK-203 hücum tüfənginin alınması və ölkədə həmin silahların istehsalına başlamağı planlaşdırırdı.

Lakin lisenziya alınmasının ləngiməsi Rusiyadan alınan silahların sayının artmasına səbəb olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41